08 Sentyabr 2024

SON DƏQİQƏ! Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ oldu – VİDEO

Kürdəmir rayonunda 5,2 maqnitudalı, dərinliyi 52 km olan zəlzələ baş verib.

Media1.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

https://t.me/TVmusavat/67942?embed=1