ŞOK! ABŞ məhkəməsi USAID-in ləğvini dayandırdı – Mask və DOGE-yə qadağa qoyuldu

ABŞ məhkəməsi İlon Mask və hökumətin Effektivlik Departamenti (DOGE) tərəfindən USAID-in ləğvini qanunsuz hesab edib və bu prosesi qeyri-müəyyən müddətə dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Məhkəmə qərarına əsasən, USAID-in ləğv edilməsi ABŞ Konstitusiyasını pozmuş ola bilər. Buna görə də Donald Tramp administrasiyasına agentlik əməkdaşlarının kompüter və e-poçt sistemlərinə yenidən çıxış əldə etməsi üçün göstəriş verilib. Lakin qərar işdən çıxarılan əməkdaşların və ya agentliyin tam bərpasını nəzərdə tutmur.
USAID-in keçmiş işçiləri və podratçıları tərəfindən qaldırılan iddiada İlon Mask və DOGE-nin ABŞ Konstitusiyasına zidd olaraq, yalnız seçkilərdə qalib gəlmiş və ya Senat tərəfindən təsdiqlənmiş şəxslərin sahib ola biləcəyi səlahiyyətlərdən istifadə etdiyi iddia olunurdu. Məhkəmə, görünür, bu mövqeni dəstəkləyib.