24 Dekabr 2024

Siyasi dialoq və milli həmrəylik zərurəti və imkanları

İki ilə yaxın müddətdə ölkəmizdə və regionda baş verən hadisələr bizə qürurverici Zəfər sevincini yaşatsa da…

İki ilə yaxın müddətdə ölkəmizdə və regionda baş verən hadisələr bizə qürurverici Zəfər sevincini yaşatsa da, Qarabağda və Şərqi Zəngəzurda erməni təxribatçı hərəkətlərinin hələ də baş verməsi, şəhidlərimizin olması, xeyli sayda insanın sağlamlıqlarını itirmələri və eləcədə koronavirus pandemiyası nəticəsində yaranmış sosial-iqtisadi problemlər, cəmiyyətdə müəyyən psixoloji gərginlik Azərbaycanda siyasi dialoqa, milli həmrəyliyə və vətəndaş birliyinə nail olmaq üçün vətəndaş cəmiyyəti, media və siyasi qüvvələrin bir araya gəlmələrini ehtiva edir.

Daxildəki anti-milli ünsürlərin və onların xaricdəki havadarlarının Azərbaycana qarşı məkrli planları, dini, ekstremist qüvvələrin bu multikultural, tolerant cəmiyyətin sütünlarını zədələmək cəhdləri heç bir nəticə verməsədə, bu istiqamətdə “fəaliyyətlərini” də dayandırmaq niyyətində olmayan bu çetəyə qarşı mübarizə davamlı və requlyar olmalıdır.

Hazırda milli həmrəyliyimizi və vətəndaş birliyimizi təhdid edən bir sıra amillər və onların qarşısının alınması sırasında aşağıdakı siyasi dialoq və milli həmrəylik zərurəti və imkanlarını göstərmək olar:

1. Ermənistan və onun Qarabağdakı tör-töküntülərinin təxribatçı və işğalçı hərəkətlərinə qarşı Azərbaycan Prezidentinin Dəmir Yumruğu ilə davam edən anti-terror əməliyyatları. 10 noyabr üçtərəfli Bəyanatın müddəalarını requlyar şəkildə pozan Ermənistanın Qarabağda hələdə saxladığı silahlı birləşmələrə qarşı Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatlarının gerçək mahiyyətinin çatdırılması üçün ölkə daxilində və xaricdə milli həmrəyliyə və vətəndaş birliyinə böyük ehtiyac duyulur ki, bunun da önündə gedənlər ictimai-siyasi qüvvələr və media olmalıdır.

2.Son zamanlar məğlub ölkədə revanşist qüvvələrin hakimiyyətə can atmaları və sülhə təhdid və müharibə ritorikasının artması. Onların “istəkləri” reallaşarsa, bölgədə müharibənin yenidən alovlanması, sülh müqaviləsinin imzalanmaması və davamlı sülhün bərqərar olmaması ehtimalını artırar və bu da ölkə daxilində siyasi dialoqu, milli həmrəyliyi və vətəndaş birliyimizi zəruri edir.

3. Vətən müharibəsi ilə aparılan “sülhə məcburetmə” əməliyyatının bəzi xarici dairələr tərəfindən hələ də Azərbaycanın müharibə başlayan dövlət kimi təqdim olunması. Bu sahədə mənfi “imici” məhv etmək, dövlətimizin sülhpərvər, Qarabağda yerli azərbaycanlılarla etnik ermənilərin birgəyaşayışının qarantı olmasını təbliğ etmək istiqamətində xüsusiləd xarici dairələrdə, beynəlxalq arenada, sosial media və internet resurslarında birgə fəaliyyət üçün siyasi qüvvələr arasında dialoq və milli həmrəyliyə böyük ehtiyac duyulur.

4. Ölkənin əsrlərlə formalaşmış multikultural və tolerant həyat tərzinə qarşı dini-ekstremist qüvvələrin təxribat və dözümsüzlük addımları. Milli və dini icma və konfesiyaların əsrlərlə birgə, mehriban və dinc yanaşı yaşamı ilə nümunə olan Azərbaycanda bu düzənə qarşı xarici qüvvələr tərəfindən təxribat və dözümsüzlük cəhdləri ola bilər ki, buna qarşı da öndə duran və mövqeyindən asılı olmayan bütün siyasi qüvvələrin birgə siyasi dialoq və milli həmrəyliyi çox əhəmiyyətlidir.

5. Şəhid, qazi ailələrinin, yaralı və sağlamlığını qismən itirmiş insanların qayğılarını süni şişirdənlərlə mübarizə. Bunlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək istəyən bəzi anti-milli müxalif qüvvələrin və onların xarici ölkələrdəki havadarlarının dövlət, hakimiyyət strukturlarına qarşı bu “arzularını” ürəklərində qoymaq üçün bu sahədə problemləri və onların obyektiv həllini hökumət struturları ilə siyasi qüvvələrin birgə öyrənmələri və bu sahədə işgüzar əməkdaşlıq etməsi və cəmiyyətə bu məsələləri obyektiv çatdırması anti-milli qüvvələrə qarşı mübarizədə siyasi dialoq və milli həmrəyliyi aşılayır.

6. Pandemiya səbəbindən müyyən insanların işini itirməsi, gəlirlərin azalması, obyektiv qiymət artımlarının xarici havadarların “milli” oyuncaqları tərəfindən siyasi tələblərə çevrilməsi cəhdi. Qlobal səviyyədə cərəyan edən iqtisadi-sosial problemlər, qiymət artımları, insanların müəyyən gəlirlərin azalması və pandemiyanın yaratdığı fəsadların ölkəmizdə də hiss olunması Mümkün olan siyasi təlatümlərin qarşılanması istiqamətində ölkədə siyasi dialoq və konstruktiv tərəfdaşlıq mühiti çox gərəkdir.

7. Ölkə daxilində müəyyən dövlət və siyasi hakimiyyətdən kənarlaşdırılmış, bir hissəsi hələdə müxtəlif orqanlarda fəaliyyət göstərən “5-ci kolon” nümayəndələrinin qarışıqlıq yarada biləcəyi ehtimalı. Bu çirkin çetenin tamamən üzə çıxarılması, onların əməllərinin geniş ictimaiyyətin yaxından bilməsi, birgə mübarizə ilə onların tarixin arxivinə göndərilməsi istiqamətində siyasi qüvvələrin geniş spektrli dialoq və milli həmrəyliyinə ehtiyac var.

8. Müharibə və pandemiya nəticələrinin aradan qaldırılması və bütövlükdə inkişaf və islahat siyasətinin anti-milli qüvvələr tərəfindən sabotaj edilməsi “arzuları”. Ölkə prezidenti və hökumət tərəfindən aparılan post-konflikt və post-pandemiya tədbirləri, islahatlar, inkişafa təkan verəcək maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi addımlarına qarşı əks-təbliğat aparan anti-milli qüvvələrə qarşı öllkədəki bütün qüvvələrin siyasi dialoq və milli həmrəylik nümayiş etdirərək, aparılan siyasətin geniş təbliği fəaliyyətlərinə böyük ehtiyac var.

9. Sosial media və internet resurslarındakı “fake news” və onun “qəhrəmanlarının” əməllərinin ictimai təhlükəliliyi. Son zamanlar cəmiyyəti çaşdıran, saxta, həqiqətdən uzaq məlumatlar tirajlayan bu klaviatura pəhləvanlarının ictmai təhlükə yarada biləcək əməllərinin ifşası istqamətində də siyasi qüvvələrin dialoq və milli həmrəyliyi çox zəruri və əhəmiyyətlidir.

10. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın əhəmiyyətinin dərəcəsini azaltmaq “istəyi”. Mərhələli və xüsusi təsdiq olunmuş və müasir yenilikləri özündə ehtiva edən pproqram şəklində Qarabağ və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa quruculuq işlərini və infrastruktur yaratmanın əhəmiyyətini azaltmaq və əhalinin planlı və qrafikə uyğun regiona Böyük Qayıdışını adiləşdirmək “istəklərinə” qarşı ictimai-siyasi qüvvələrin dialoq və milli həmrəyliyi vacib amillərdəndir.

Təbii ki, siyasi dialoq və milli həmrəylikdə yeni açılım başlatan və bu sahədə uğurlu nəticələrə imza atan ölkə prezidenti cənab İlham Əliyev və onun yeni siyasi və dövlət idarəetmə komandası bu problem və məsələlərin həllində də öz əməli sözünü deyəcəkdir.

Asif Əsgərli

YAP İdarə Heyətinin üzvü, politoloq