23 Dekabr 2024

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Fələstini dəstəkləyir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu dövlətin prezidenti Mahmud Abbasla telefon danışığı zamanı Fələstini dəstəkləyib.

Musavat.com Səudiyyə mətbuatına istinadla xəbər verir ki, iki ölkə liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Məhəmməd bin Salman bildirib ki, Səudiyyə Ərəbistanı Fələstin xalqını “ləyaqətlə yaşamaq,  ədalətli və davamlı sülhə nail olmaq, qanuni hüquqlarını həyata keçirmək üçün” dəstəkləməyə davam edəcək.

Vəliəhd əlavə edib ki, Ər-Riyad Fələstin və İsrail arasında münaqişənin gərginləşməsini dayandırmaq və bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla işləyir.

Səudiyyə lideri həmçinin beynəlxalq humanitar hüququn prinsiplərinə riayət edilməsinin və mülki şəxslərin müdafiəsinin təmin edilməsinin vacibliyini bəyan edib.