Şelli döyüşündə bir qolunu itirən pulemyotçu Nail Rzayev son damla qanına qədər düşmənlə döyüşüb
I Qarabağ müharibəsində vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biri də Nail Rzayevdir.
Nail İsa oğlu Rzayev 1970-ci ildə Ağdam rayonun Saricali kəndində anadan olub. Sarıcali kən orta məktəbin 8 sinifini bitirdikdən sonra 50 sayli teniki peşə məktəbində təhsilini davam etdirmiş və başa vurandan sonra keçmiş sovet ordusunda hərbi xitmət keçib. Ordu sıralarından tərxis olunandan sonra vətənə qayıdan Nail Rzayev yenidən əsgər paltarı geyinməli olub. Hansı ki, həmin vaxtlar erməni silahlıları tez- tez kəndlərimizə hücumlar edir, mülki insanları qətlə yetirirdilər. Hadisələrin inkişafı arzuolunmaz hal alırdı. Ermənistandan və dünyanın bir çox ölkələrində Qarabağa doluşmuş erməni saqqallıları azğınlaşmaqda davam edirdilər. Belə bir şəraitdə vətənin qeyrətini çəkən oğullarımız torpaqlarımızın müdafiəsinə qalxdılar. Könüllü batalyonlar təşkil olunurdu. Nail də vətənin dar gününü görüb, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qoşulur.Beləliklə, O, Milli Qəhrəman Fred Asif ləqəbli Asif Məhərrəmovun könüllülərdən ibarət bataliyonunda xidmət etməyə başlayır.
Nail Rzayev döyüşlərin ilk günündən erməni separatçı huçumlarının qarşısının alınmasında fəallıq göstərir, cəsurluğu ilə seçilir. Naxçıvanlı, Pircamal, Aranzəmin kəndlərinin azad olunmasında Nail qəhramanlıqlar göstərir, düşmənə ağir zərbələr vurulmasında onun böyük rolu olur.
1993 cu ilin fevralinda Nail Rzayev Ağdam rayonunun Şelli kəndinə hücuma keçən erməni-rus silahlıları ilə ağir döyüşlərə girməli olur.Şelli kəndi strateji əhəmiyyətli yüksəklikdə olduğundan düşmən niyyətini həyata keçirmiş olsa Ağdam şəhərinin atəş altında qala bilərdi. Qanlı Şelli döyüşündə Nail düşmənə qarşı pulemyot silahla vuruşur, düşməni ciddi itgilərə məruz qoyur. Düşmənlə ölüm –dirim savaşında Nail qolunun birini itirsə də döyüşü yarımçıq qoymur. Sözün həqiqi mənasında son damla qanına qədər döyüşməli olur. Çoxlu qan itirdiyindən ömrünün gənc yaşında şəhidlik zirvəsinə ucalır.
Şəhid Nail Rzayev doğulduğu Sarıcalı kəndində böyük izdihamla son mənzilə yola salınır. Sarıcalı kənd qəbristanlığında dəfn olunur. Ağdamın işğalından sonra Sarıcalı kəndi də mənfur erməni hərbçilərinin əlinə keçdiyindən uzun illər idi ki, Nail Rzayevində məzarını ziyarət etmək olmurdu. Ancaq, ötən ilin 44 günlük müharibəsində qalib ordumuzun döyüş meydanında Ermənistan Silahlı Qüvvələrini darmadağın etməsi mənfur düşmənin torpaqlarımızdan qovulması ilə nəticələndi. Bu gün şəhid Nail Rzayevində müqəddəs məzarı azaddır. Ancaq, mina təhlükəsi olduğundan şəhidin məzarını bu günə qədər ziyarət etmək mümkün olmayıb.Hazırda mina təmizləmə işləri davam etdirilir. İşlər yekunlaşandan və təhlükəsizlik təmin ediləndən sonra şəhidlərimizin məzarlarının ziyarət olunması arzulanır. Artıq bu istiqamətdə şəhid ailələrindən də aidiyyatı orqanlara müraciətlər hazırlanır.
Ümid edək ki, tezliklə uzun həsrətdən sonra şəhidlərin məzarlarının ziyarət olunmasına tam şərait yaradılacaq.
Hafiz Hüseynoğlu- Media1.az