Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları medallarla təltif olunublar

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçuları medallarla təltif olunublar.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:
Allahverdiyeva Amaliya Kərim qızı
İsmayılova Ruhiyyə Həsən qızı
Məmmədova Elnara Xasay qızı
Rüstəmov Rövşən Rüstəm oğlu
Valehov Ceyhun Ağanəzər oğlu”.