Şairə Huridən ” Şəhid Xocalı”şeiri

Şəhid Xocalı
Bir şəhərə zülm etdilər,
Sübhə qədər qəsd etdilər.
Xocalıtək bir şəhəri,
Şəhid şəhər eylədilər.
Yer ağladı,göy ağladı.
Beşikdə körpə ağladı.
Uşaq-böyük demədilər,
Gülləbəran eylədilər.
Bala ayrı balasından,
Bala şəhid anasından.
Ağlayıb imdad diləyir,
Bu gecənin kabusundan.
Xocalıtək bir şəhəri.
Məhv etdilər,dağıtdılar.
Qar üstünü sübhə kimi,
Al qan ilə boyadılar.