22 Dekabr 2024

Şairə Huridən isti misralar

Mən şerimi özüm yazdım,

Öz bitməyən taleyimdən.

Gecə-gündüz əzab verən,

Acılarla dolu yol izimdən.

Allah gözəl bəxti mənə,

Ən gözəl,əlasın yazdı.

Şeytanxislət insanlarsa,

Çevirərək tərsə yazdı.

İtirmədim ümidimi,

Hərşey bir gün yaxşı olar.

Naqislərin bağladığı,

Qapılarım da açılar.

Bitirməyə tələsməyin,

Allah verən bir ömürü.

Mən hələ heç böyümədim,

Qəlbimdədir körpə izim.

Həyatımı bircə-bircə,

Qələm köçürdü kağıza.

Kağızlar da dilə gəlib,

Dedi bəsdir,az yaz daha…

Huri