Şabranda Şəhid övladının ad günü qeyd olundu.
Aprelin 17-də, yəni bu gün şəhid Aydəmirov Beyrək Etibar oğlunun qızı Diləyin 3 yaşı tamam olur.
Media1.az xəbər verir ki, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov partiya fəalları ilə birgə şəhidin ailəsinə baş çəkib, şəhid övladını təbrik edərək birlikdə balaca Diləyin ad gününü qeyd edib, hədiyyələr təqdim ediblər.
Səmimi söhbət zamanı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, Şəhid Aydəmirov Beyrək Etibar oğlu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdandır.
Media1.az üçün xüsusi olaraq Şabrandan Gülər Kərimova