12 Mart 2025

Sabiq icra başçısının 13 illik fəaliyyəti YOXLANILIR

Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb.

Media1.az Unikal-a istinadla xəbər verir ki, Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər.

Qeyd edək ki, həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub.