22 Dekabr 2024

Sabahdan hava isinməyə başlayacaq

Mayın 11-dən 14-dək ölkədə yağmursuz və xoş hava şəraiti olacaq

Bu gün Azərbaycanda küləkli və soyuq hava şəraitinin səbəbi ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsidir. Media1.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək.

Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı olub, Qərb küləyinin sürəti saniyədə 30-34 metrə çatıb. Yağıntılı və küləkli hava şəraiti gecə boyu ölkənin əksər rayonlarında müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək”.

Onun sözlərinə görə, növbəti günlərdə – mayın 11-dən 14-dək ölkədə yağmursuz və xoş hava şəraiti olacaq. Buna baxmayaraq zəif külək olacaq, havanın temperaturu getdikcə yüksələcək.

Tağıyeva bildirib ki, mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək.