Sabah Bakıda 15 dərəcə isti olacaq
Martın 29-da Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb
Martın 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Media1.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 11-15 dərəcə isti olacaq. Bakıda gecə 6-8 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normdan yüksək 772 mm civə sütunu təşkil edəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.