Şəhadətin 25-ci ili. Bu gün onun anım günüdür
Şəhid Mübariz Muradov 1976-cı ildə Bərdə rayonunun Mustafaağalı kəndində doğulub. Körpəliyindən ən böyük arzusu əsgər olmağıydı. 18-ə çatıb hərbi xidmətə başlamağı elə səbrsizliklə gözləmişdi ki. O gün 1995-ci ilin iyulun 4-də gəldi. Mübariz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Xüsusi Təyinatlı kimi xidmətə başladı.Bakıda təlimləri başa çatandan sonra ən çətin mövqelərə- Murovdağ bölgəsinə göndərilmişdi.Çətin tapşırıqları layiqincə yerinə yetirərək komandanlığın rəğbətini qazanmışdı. 1995-ci ilin 27 dekabrında Mübariz Muradov xidməti vəzifəsini yerinə yetirərkən ən uca zirvəyə , şəhidlik zirvəsinə ucalmışdır.
Hər ilin bu günü Mübariz Muradovun xatirəsi ailə üzvləri və onu tanıyanlar tərəfindən anılır. Bu gün də şəhidin məzarı ziyarət edilib. Məzarı al güllərlə bəzədilib.Onunla bərabər Mustafaağalı kəndinin digər şəhidləri- Göyüşün , Səbuhinin , Asəfin, Fəqanın, Cəlalın, Behbudun məzarları da Mübariz Muradovun ailə üzvləri tərəfindən yad edilib.
Bu gün Mübarizin ruhu şaddır. Azərbaycan əsgəri üzərinə düşən şərəfli vəzifəni yerinə yetirməklə torpaqlarımızı düşmən işğalından azad edib.Mübariz də həmişə bu arzu ilə yaşamışdı. Onun da amalı torpaqlarımızı indiki kimi azad görmək olmuşdu. Ruhun şad olsun,əsgərim!Ruhun şad olsun, şəhidim!
Siz əbədi yaşamağı haqq etmişlərdənsiniz. İndən sonra neçə-neçə illər keçsə də həmişə qədirbilən xalqımız Sizi xatırlayacaq.Mübariz günü həmişə olacaq.
Ruhun qarşısında baş əyirəm, şəhidim!!!