29 Mart 2024

Suqovuşanın azad olunmasına görə 2 general təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, siyahıda cəmi iki generalın adı var. Onlar general-mayor Əliverdiyev Vüqar Əfqan oğlu və Həsənov Hikmət Hüseyn oğludur.

Qeyd edək ki, 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov bundan əvvəl həm “Füzulinin azad olunmasına görə”, həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. 45 yaşlı general-mayor dekabrın 9-da isə “Qarabağ” ordeni ilə təltif edilmişdi.

General-mayor Vüqar Əliverdiyevin isə ilk medalıdır.