Rusların gözünə görünən Osmanlı imperiyası…
Etiraf edək ki, Rusiya siyasi isteblişmentinin peridoik anti-türk tutmalarına çoxdan adət etmişik. Bəli, bir də görürsən ki, cənab V.Jirinovski Azərbaycan və Türkiyə haqqında hansısa cəfənfiyyatla çıxış edir və yaxud başqa bir siyasətçinin Mərkəzi Asiyanın, xüsusən də Qazaxıstanın böyük əraziləri ağlını aparır, çünki onların fikirincə, məhz bu ərazilərdə nə vaxtsa böyük Osmanlı imperiyası bərpa olunacaqdır.
Bu günlərdə növbə cənab professor Aleksandr Duqinə də çatdı. Kremlin ideoloqu və yeni avrasiyaçılıq konsepsiyasının müəllifi Türkiyənin ünvanına çox kəskin bəyanatlar yağdırdı və onu yeni Osmanl imperiyası qurmaqda ittiham etdi.
Maraqlıdır ki, A.Duqin bir vaxt İran, Türkiyə və Rusiya ittifaqından danışır və bunu regionu yüksək səviyyəyə qaldıracaq bir birlik kimi təqdim edirdi. İndi isə o, Ankaranı yeni Osmanlı qurmaqda ittiham edir.
Burada məsələ heç də Duqinin xarakerində deyil, ondadır ki, Rusiya digər ölkələrlə bərabər əsaslarla əməkdaşlıq etməyə alışmayıb. Kremldə belə hesab edirlər ki, üç regional dövlətin ittifaqı məhz Rusiyanı yeni mərhələyə və səviyyəyə aparıb çıxara bilər, qalan ikicə dövlətə gəldikdə isə, onların payına düşəcək aqibət Rusiyanın satelliti olmaqdır.
Psixoanalizin banisi Ziqmund Freyd öyrədirdi ki, insanın davranışı onun uşaqlıqda topladığı təcrübədən asılıdır. Bu səbəbdən də Rusiya imperializminin paradoksları haqqında baş sındırmağa qətiyyən dəyməz.
Birinci Pyotrdan başlayaraq Rusiya imperiyasının özünəməxsus siyasəti formalaşıb. İrana gəldikdə isə, unutmaq lazım deyil ki, Cənubu Qafqazın bir hissəsini Rusiya İrandan işğal etmişdi. Odur, üç əsrdir ki, üç ölkə bu müsəlman regionunu – Cənubi Qafqazı və mərkəzi Asiyanı özünün təsiri altında saxlamaq və ya təsirinə almaq istəyir.
Xatırlayırıq ki, Sovet İttifaqıının çöküşündən sonra rusiyalı ekspertlər daim “türk zolağı” deyilən bir regionu təhlil edir və diqqətdə saxlayırdılar. Digər təhlilçilər buna ən yaxşı halda bir geosiyasi mozaika kimi baxır və elə bir təlaş keçirmirdilər. Amma rusların haqqında bunu demək olmur, onları regionun geosiyasi təbəddülatları çox narahat edirdi. Əlbəttə, yeni geosiyasi zolaqda Osmanlı imperiyası yaranmadı, amma gəl, Türkiyənin nüfuzunun artmasını görməmək mümkün deyil.
Burada maraqlısı budur ki, türk zolağı təkcə etno-mədəni dəyərlərə görə dirçəlmir- canlanmır, yox, bu regionun maraqlı geosiyasi-tarixi məzmunu var. Bəli, söhbət tarixi İpək yolundan gedir. Təsadüfi deyil ki, hazırda bu regionda hər şey bununla bağlanır.
Hesab olunur ki, hətta ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi regionun geoiqtisadi çabaları ilə bağlıdır. ABŞ İpək yolunu bərpa etmək istəyən Çinə mane olmaq istəyir.
Rusiya haqqında isə danışmağa dəyməz. Amerikalılar İpək yolunun prnsipal əleyhdarları deyillər. Onlar üçün əsas budur ki, proses onların nəzarəti altında baş versin. Rusiya haqqında isə bunu demək olmur. Onlar mütləq əleyhdarlar kimi çıxış edir, çünki kommunikasiya xətlərinin bu ölkədən kənar keçə bilməsi Moskvanı çox narahat edir.
Amma məsəl var; o şey ki, baş verməlidir, o, mütləq baş verəcək. Mərkəzi Asiyada milli şüurun tədricən oyanması baş verir. Etnik şüur və etnik identifikasiya hissi bir tendensiya kimi güclənir. Kremldə bunu başa düşürlər və təsadüfi deyil ki, Moskva Türk Şurasında müşahidəçi kimi təmsil olunmağa can atır. Türk dünyasına qarşı bu marağın səbəbini başa düşəmək çətin deyil. Xəritəyə baxmaq yetər. Sovet imperiyasının süqutundan sonra ruslar üç slavyan dövlətinin ittifaqını yaratmağa cəhd etdilər–söhbət Ukrayna, Belarus və Rusiyadan gedir, amma ki, alınmadı. Bunun əvəzində Rusiynaın türk respublikaları ilə ittifaqı yarandı. Elə bu səbəbdən də ruslar başa düşürlər ki, onlar özgə atlarının üstündə hərəkət edirlər və buna görə də Türkiyəyə qarşı periodik tutmalar baş verir…