Rusiyadan SON DƏQİQƏ XƏBƏRDARLIĞI! Cavabsız qalmayacaq!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna ordusunun Krım körpüsünə endirdiyi zərbələr cavabsız qalmayacaq.
O, bu barədə teleqramda yazıb.
Zaxarova hadisəni terror aktı kimi qiymətləndirib:
“Krım körpüsü sırf mülki infrastruktur obyektidir və oraya hücumlar yolverilməzdir. Körpü keçən ilin payızından bu cür hücumlara məruz qalır. Bu isə mülki əhali arasında itkilərlə nəticələnir”.
M.Zaxarovanın sözlərinə görə, Qərbin külli miqdarda yardımına baxmayaraq, Ukrayna ordusu təmas xəttində vəziyyəti dəyişə bilmir.
XİN nümayəndəsi yazıb ki, bu addımlar cavabsız qalmayacaq.
Qeyd edək ki, M.Zaxarova daha əvvəl, avqustun 12-də də Krım körpüsünə hücumla bağlı Ukraynaya xəbərdarlıq etmişdi.
Xatırladaq ki, son vaxtlar Ukrayna ordusu Krıma intensiv hücumlar edir. (Report)