23 Dekabr 2024

Rusiyada prezident seçkisində qadın namizəd sənədlərini MSK-ya təqdim etdi

Rusiya Demokrat Partiyasından namizəd İrina Sviridova 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak etmək üçün Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edib.

İrina Sviridovanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın verildiyi qurultay dekabrın 25-də Moskvada keçirilib. Qurultayda iştirak edən MSK üzvü Lyudmila Markinanın sənədlərin qəbulu proseduru zamanı bildirdiyinə görə, tədbir bütün qanun normalarına uyğun baş tutub.

Demokrat Partiyası parlament partiyası deyil, ona görə də Sviridovanın seçkiyə buraxılması üçün o, ən azı 100 min seçici imzası toplamalıdır. Üstəlik, istənilən regionda seçici imzalarının sayı 2,5 mini keçməməlidir.

Rusiyanın Tambov vilayətindən olan İrina Sviridova 2010-cu ildə Tambov Dövlət Universitetini bitirib. 2021-ci ildə Tambov birmandatlı seçki dairəsi (№177) üzrə səkkizinci çağırış Dövlət Dumasına Yaşıl Alternativ Partiyasından namizədliyini irəli sürüb və 2,16% səs toplayıb.

Mənbə: TASS