Rusiya yox, Türkiyə idarə edəcək – Hulusi Akardan kritik açıqlama

Türkiyə müdafiə naziri Hulusi Akar Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin istifadə səlahiyyətinin kim tərəfində olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir Türkiyədə sistemli idarə edə biləcək mütəxəssislərin olduğunu bildirib.
“Təlim-tədris prosesində mütəxəssizlərimiz iştirak etdilər. Təlimlər istifadə etməyi öyrənmək səviyyəsində aparıldı. Özümüz istifadə edəcəyik. İstifadə etmək hüququ, istifadə məlumatı bizim personalımızda olacaq, idarəetmə bizim nəzarətimizdə olacaq”, – Akar qeyd edib.