14 Mart 2025

Rusiya onu Xarkova “rəhbər” təyin etdi

Rusiyanın Krasnodar şəhərinin (Krasnodar vilayətinin inzibati mərkəzi) meri Andrey Alekseyenko Xarkov vilayətinin işğal olunmuş hissəsinə “rəhbər” təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya və Ukrayna agentlikləri məlumat yayıblar.

Andrey Alekseyenko Krasnodarın Xarkov vilayətinə himayədarlıq edəcəyini də söyləyib.

Qeyd edək ki, bu gün Krasnodar şəhər şurasının deputatları merin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səs veriblər.

Yeni sənədə görə, keçmiş mer qondarma Xarkov vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin birinci müavini, yəni Xarkov vilayətinin “nazirlər şurasının rəhbəri” təyin edilib.

Ukrayna kəşfiyyat məlumatlarına görə, Rusiya ələ keçirdiyi ərazilərin Rusiya Federasiyasına daxil olması ilə bağlı payızda referendum keçirməyi planlaşdırır.

Media1.az