08 Sentyabr 2024

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Ermənistanda səfərdədir

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov İrəvanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Onu MTX-nin direktoru Armen Abazyan qarşılayıb.

Qeyd edək ki, Ermənistanın “Hraparak” qəzeti A.Bortnikovun İrəvandan sonra Bakıya səfər edəcəyini yazıb. Qəzetin məlumatına görə, FTX başçısının səfəri Ermənistanın baş naziri Nikol Paşinyanın xahişi ilə gerçəkləşib. Səfər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlıdır.