Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq
Azərbaycana uçuşlarla bağlı qərar qəbul edilib
Rusiya aprelin 1-dən etibarən Azərbaycana aviareyslərin sayını artıracaq.
Media1.az AYNA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah açıqlama yayıb.
Qərar Baş nazirin müavini Tatyana Qolikovanın rəhbərlik etdiyi qərargahın iclasından sonra verilib.
Bundan əlavə, Rusiyanın gələn aydan Belarus, Ermənistan, Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə də müntəzəm uçuşların sayını artıracağı açıqlanıb.