14 Mart 2025

Rus ordusunun səkkiz hücumu dəf edildi – İki istiqamətdə döyüş gedir

Donbasda döyüşlər iki istiqamətdə davam edir, Rusiya qoşunları hücuma keçməyə çalışır, amma Ukrayna hərbi qüvvələri hücumları dəf edir.

Media1.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri Barabaşivka – Karnauxivka, Suliqivka – Dibrivne, Suliqivka – Nova Dmitrivka istiqamətlərində hücum əməliyyatları keçirməyə cəhd göstərib.

Ruslar Baxmut istiqamətində Soledar bölgəsinə hücum təyyarələri ilə zərbələr endiriblər. Eyni zamanda, Spirne – Vimka, Streapivka – Soledar, Vladimirivka, Klınove – Baxmut, Verşina – Kodema istiqamətində hücum döyüşləri aparıb. Amma rus ordusunun hücum əməliyyatları uğurlu alınmayıb, geri çəkilməli olub. Pokrovsk – Baxmut istiqamətində döyüşlər davam edir.

Rusiya qoşunları Avdiyiv istiqamətində Marinka, Novomixailovka və Pavlivka yaxınlığında hava hücumlarına başlayıb. Lozovo – Pervomaysk istiqamətində hücum əməliyyatları aparır, döyüşlər davam edir.