Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” gənc nəslin texnologiyalara marağının artmasına səbəb olacaq” – FOTO

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində keçirilən müsabiqələrin ikinci və üçüncü yer üzrə qalibləri təltif olunublar və festival uğurla başa çatıb.
Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.
R.Nəbiyevin sözlərinə görə, festivala maraq böyük olub:
“300 minə yaxın izləyicinin maraqla qatıldığı festivalın təşkilində əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. İnanıram ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən “TEKNOFEST Azərbaycan”ın texnoloji müsabiqələri, tədbirləri gənc nəslin texnologiyalara marağının artmasına və innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq”.https://platform.twitter.com/embed/Tweet.html?creatorScreenName=oxuaz&dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3NlbnNpdGl2ZV9tZWRpYV9pbnRlcnN0aXRpYWxfMTM5NjMiOnsiYnVja2V0IjoiaW50ZXJzdGl0aWFsIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd190d2VldF9yZXN1bHRfbWlncmF0aW9uXzEzOTc5Ijp7ImJ1Y2tldCI6InR3ZWV0X3Jlc3VsdCIsInZlcnNpb24iOm51bGx9fQ%3D%3D&frame=false&hideCard=false&hideThread=false&id=1531232164808904705&lang=en&origin=https%3A%2F%2Foxu.az%2Fict%2F608377&sessionId=462eb236bed455cfcf04d2da9019f31574fcbd71&siteScreenName=oxuaz&theme=light&widgetsVersion=c8fe9736dd6fb%3A1649830956492&width=550px
“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müsabiqələrin ikinci və üçüncü yer üzrə qalibləri təltif olundu və festival uğurla başa çatdı.
300 minə yaxın izləyicinin maraqla qatıldığı festivalın təşkilində əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk.— Rashad Nabiyev (@RashadNNabiyev) May 30, 2022