Regional idarənin rəisi Vəsilə Möhsümova Türkiyədə ”İhlas Holding”lə keçirilən görüşdə iştirak edib
Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə Türkiyədə bir sıra görüşlər və ziyarətlər təşkil olunub. Bu baxımdan növbəti görüş “İhlas Holding”də baş tutub. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Azərbaycandan olan bir sıra media və QHT nümayəndələrinin iştirakı ilə İhlas Holdinq İdarə Heyətinin sədri Ahmet Mücahid Örenlə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdə 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər barəsində ətraflı məlumat verilərək bu qələbənin əldə olunmasında Türkiyənin Azərbaycana siyasi, mənəvi və media dəstəyindən söz açılıb. Baş verən bütün hadisələri ən doğru və ən sürətli şəkildə dünyaya çatdırdığı üçün İhlas Holdinqə təşəkkür edilib xüsusi xatirə hədiyyələri təqdim olunub.