Regional İdarənin rəisi Mingəçevir şəhərindən olan şəhid ailələrini ziyarət edib

Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Vəsilə Möhsümova öncə mədəniyyət işçiləri ilə birgə Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı anıb.
Sonra isə Vətən müharibəsi şəhidləri Fuad Xankişiyev və Əhmədov Əli, Əhmədov İslam qardaşlarının ailəsini ziyarət etmişdir.
Regional idarənin rəisi vurğulamışdır ki, ölkə Prezidenti İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi igidlik və şücaətdən, xalqımızın birliyindən, müzəffər Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vuraraq məğlub etməsindən bəhs edilmişdir.
Qeyd edək ki, Bərdə Regional Mədəniyyət idarəsinin Bərdə və Tərtər rayonları, Mingəçevir və Yevlax şəhərləri üzrə mədəniyyət işçiləri tərəfindən mütəmadi olaraq şəhid ailələri, qazilər ziyarət edilir, onlara lazımi diqqət və qayğı ilə yanaşılır…













