Quterreş qlobal istiləşmə ilə mübarizə üçün 100 milyard dollar ayırmağa çağırır
İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə bağlı problemləri həll etmək üçün 100 milyard dollara ehtiyac duyurlar.
“Report” xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş iqlim konfransının yekun tədbirlərində iştirak etmək üçün Şarm əl-Şeyxə gələrkən jurnalistlərə deyib.
“Konfrans iştirakçıları təcili olaraq maliyyə məsələlərini həll etməlidirlər. Bu, inkişaf etməkdə olan ölkələrin iqlim gündəmini maliyyələşdirmək üçün 100 milyard dollar ayırmaq deməkdir. Bu, möhkəm yol xəritəsini tələb edən maliyyələşdirmənin necə artırılacağının aydınlaşdırılması deməkdir. Həm də çoxtərəfli islahatlar üçün ümumi qərar deməkdir”, – Quterreş deyib.
Quterreş əlavə edib ki, o, Paris iqlim konfransının 2030-cu ilə qədər qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmaq məqsədinə nail olmaq niyyətindədir.