21 İyun 2025

Qubanın ən yaşlı sakininin 100 yaşı tamam oldu – FOTO

Yanvarın 3-də Quba rayon sakini Əhmədova Fatma İbad qızının 100 yaşı tamam olub.

Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Qeyd edilib ki, Fatma Əhmədova Qubanın ən yaşlı sakinidir.

Yüz yaşı tamam olan F.Əhmədova 1922-ci il yanvarın 3-də Quba rayonunun Növdün kəndində doğulub.

Qeyd edək ki, şimal bölgəsində yaşı yüzü keçən dörd nəfər var. Onlardan ikisi Siyəzən, biri Şabran, biri də Quba sakinidir.