22 Dekabr 2024

Qubad İbadoğlunun şikayətinə baxıldı – QƏRAR VERİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.