“Qisas” qiyamətə qalmadı!

“Ermənistan qoşunları və qanunsuz erməni silahlı yaraqlıları Azərbaycan ərazisindən çıxmalıdır”
“Ermənistan separatçılıq və işğalçılıq mövqeyində dəyişməz olaraq qalır. Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra kapitulyant Ermənistan üzərinə öhdəliklər götürmüşdü. Lakin bu vaxta kimi Ermənistan tərəfindən heç bir öhdəlik yerinə yetirilməyib”. Bu fikirləri “AzNews.az” informasiya-analitik portalına YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.
YAP rəsmisi deyib ki, 2020-ci ilin 10 noyabrında bağlanan üçtərəfli Bəyannamənin heç bir bəndi Ermənistan tərəfindən icra edilmir: “Biz yalnız Ermənistan tərəfindən mənfi məqamların, təxribatların, separatçılıq əməllərinin artığını müşahidə edirik. Erməni silahlı qüvvələri hələ də Qarabağdan çıxarılmayıb, baxmayaraq bununla bağlı rəsmi şəkildə Ermənistanın siyasi rəhbərliyi bir neçə dəfə ssimulyasiya xarakterli açıqlama verib. Azərbaycan erməni silahlı birləşmələrinin öz ərazisində qalması ilə barışa bilməz, bu, tamamilə qəbuledilməzdir. Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İlin 6 aylıq müşavirəsində Prezident İlham Əliyev “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq?” deyərək bu məsələyə xüsusi olaraq toxundu. Bu fikirlə cənab Prezident bir növ Ermənistana xəbərdarlıq etmişdi. Lakin erməni tərəfi yenə də öz separatçılığından əl çəkmirdi.
Ermənistanın 10 noyabr Bəyannaməsini kobudcasına pozmasının cavabını Azərbaycan Ordusu ötən gün “Qisas” əməliyyatı ilə verdi. Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin seperatçılıq əməllərinin qarşısı alındı. Artıq “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri Azərbaycan Ordusunun nəzarətinə götürüb. Hazırda bu mövqelərdə möhkəmləndirmə işləri aparılır”.ƏtraflıAd – 00:12
Asif Əsgərli Azərbaycan ərazilərində qanunsuz erməni birləşmələrinin mövcudluğun təhlükə mənbəyi olduğunu qeyd edib: “Ermənistan qoşunları və qanunsuz erməni silahlı yaraqlıları Azərbaycan ərazisindən çıxmalıdır. Azərbaycan anti-terror əməliyyatları keçirərək təxribatçıları öz ərazisindən çıxaracaq. Necə ki, avqustun 3-də biz bunun bir daha şahidi olduq. Müzəffər Azərbaycan Ordusu erməni tərəfinə növbəti dəfə Dəmir Yumruqla zərbəsini endirdi. Bu, Ermənistana növbəti mesaj idi: istənilən təxribatın qarşısı daha da ağır olacaq. “Fərrux”, “Qisas” əməliyyatlarından sonra yəqin ki, yekun anti-terror təmizləmə əməliyyatının adı da “Son” olacaqdır.
Ermənistan 44 günlük Vətən müharibəsi zamanı öz dərsini almayıb. Bu ölkə sülhə yönəlik heç bir addım atmaq istəmir. Çünki Ermənistan öz mövqeyini daxili olaraq müyyənləşdirə bilmir. Ona görə xarici havadarlarının sifarişi ilə daimi Cənbi Qafqazda sabitliyi pozmağa çalışır. Azərbaycan isə hər zaman sülhün tərəfdarı olub. Bu gün Azərbaycan region ölkələri ilə ikitərəfl və üçtərəfli münasibətlərdə daimi sülh üçün çalışır. Ermənistan isə regionda sülh üçün atılan addlmlara qarşı separatçılıq edir. Amma bunun da cəzasın çəkir. Artıq beynəlxalq aləmdə Ermənistanla bağlı terror, separatçı ölkə imici formalaşmaqdadır”.