23 Dekabr 2024

QHT-lərin eməni vandalizmini bir daha dünyaya bəyan edən Gəncə konfransı keçirilib – Səfər başa çatıb + Foto

Vətəndaş cəmiyyəti institutunun təmsilçiləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə Gəncədə olublar.

Media1.az-ın  əməkdaşı xəbər verir ki, məqsəd erməni terrorçularının iki il öncə tarixin bu günlərində xan şəhərimizdə törətdiyi vəhşilik nəticəsində viran qalan məkanları ziyarət etmək, qətlə yetirilən günahsız azərbaycanlıların ruhlarına dualar oxumaq,  beynəlxalq konfrans keçirərək Ermənistanın quldur davranışını, murdar xislətli siyasətini bir daha dünyaya bəyan etmək olub.

Onu da qeyd edək ki, Vətən müharibəsinin gedişində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

Düşmən ötən il oktyabrın 17-si gecə saatlarında düşmən növbəti hərbi cinayətə əl ataraq, Gəncəni ballistik raketlərlə atəşə tutub.  
Bu terror aktı nəticəsində 16 nəfər şəhid olub, 55 vətəndaşımız isə yaralanıb. Bundan başqa, bir sıra yaşayış evləri tamamilə dağılıb.