23 Dekabr 2024

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Bərdədə keçirilən zona müşavirəsndən sonra qonaqlar ” Ekoloji İnformasiya” İB-nin ofisini ziyarət ediblər.

İyunun 6-da Bərdə şəhəri daxil olmaqla bölgənin bir neçə rayonunun təmsilçiliyi ilə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı zona müşavirəsi keçirilib.

Media1.az-ın xəbərinə görə,tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Agentliyin məsul əməkdaşları, Yevlax, Tərtər, Xocalı, Ağdam, Ağcabədi və Laçın rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

İki saatlıq tədbir işgüzar şəraitdə davam edib. Müzakirələr aparılıb, ictimai iştirakçılıq haqqında qanunun tələblərinə uyğun olaraq vətədaş cəmiyyəti təmsilçilərinin icra hakimiyyətləri yanında yaradılan ictimai şuralardakı vəziyyətindən danışılıb. İctimai şuraların fəaliyyətinə görə iştirakçılara maraqlı məlumatlar verilib. Müşavirə iştirakçıları müşavirənin gündəliyini , keçirilən müzakirələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Müşavirə başa çatandan sonra günün ikinci yarısında qonaqlar “Ekoloji İnformasiya” İB-nin ofisini ziyarət ediblər. Çay süfrəsi arxasında görülən işlər, gələcək planlar barədə birgə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar ” Ekoloji İnformasiya” İB-yi və Arantv redaksiyası əməkdaşları ilə birgə şəkil çəkdiriblər.