24 Noyabr 2024

QHT “Kitab gətir-kitab götür” adlı layihəyə start verdi

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Göyçay rayonunda “Kitab gətir-kitab götür” adlı  layihənin icrasına başlayıb.
Bu barədə layihənin rəhbəri Samirə Mustafayeva mlumat verib. S.Mustafayeva bildirib ki, layihənin məqsədi gənclər arasında kitaba və mütaliəyə olan marağı artırmaqla bərabər mövcud kitabxanaların fəaliyyətinə və onlardan istifadəyə ictimaiyyətin diqqətini cəlb etmək, həmçinin yeniyetmə və gənclərin dünyagörüşlərində kitabın rolunu göstərməkdən ibarətdir. Layihə şərçivəsində şifahi sorğu vasitəsilə yeniyetmə və gənclər arasında kitaba və mütaliəyə münasibəti öyrənmək, ictimaiyyətin kitabxanalardan istifadə səviyyəsini müəyyənləşdirmək, gənclər arasında mütaliə edənlərlə etmək istəməyənlərin müqayisəli təhlili veriləcəkdir: “Bundan sonra müsabiqə keçiriləcək, 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər müəyyən olunacaq, qalib olan gənclərə diplom və hədiyyələr təqdim olunacaqdır”-deyə layihə rəhbəri bildirib.