22 Dekabr 2024

QHT Agentliyinin heyəti Cenevrə şəhərinə səfər edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin Beynəlxalq məsələlər üzrə nümayəndəsi Toğrul Məmmədli BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrənin Cenevre şəhərinə səfər ediblər.

Media1.az xəbər verir ki, səfər çərçivəsində Agentliyin heyəti sessiyada iştirak edəcək, eyni zamanda BMT-nin Cenevrə ofisinin rəhbər şəxsləri ilə, BMT-nin İnkişaf proqramı, BMT-nin ətraf mühit üzrə ofisi, BMT-nin Davamlı İnkişaf üzrə laboratoriyası və digər təsisatlarla görüşlər keçirəcəklər.