21 Dekabr 2024

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Agentliyin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin 2023-ci il Fəaliyyət Planı, “Səfər qrantları”nın verilməsi qaydaları, Agentliyin maliyəlləşdirdiyi layihələr çərçivəsində xarici ölkələrdə təşkil olunan tədbirlərə dair Təlimat layihəsi , Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2022-ci il fəaliyyətinə dair hesabat layihəsi, 2023-cü ildə nəzərdə tutulan qrant müsabiqələri mövzularının müzakirəsi, konseptual sənədlərin hazırlanmasına dair İcraçı direktorun təqdimatı və cari məsələlər müzakirə edilib.

O cümlədən, qrant müsabiqələrinin nəticələri müzakirə edilərək müvafiq qərar qəbul edilib.