23 Dekabr 2024

Qərbdən üzülən ümidlər, Rusiyanın canfəşanlığı – Azərbaycanın uyğun seçimi…

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar apardıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində görüşməyə razılaşıblar. Bununla paralel olaraq da, Putin-Əliyev-Paşinyan görüşünün noyabrın 26-da Soçidə keçiriləcəyi məlum olub.

Bu proses ciddi müzakirələrə səbəb olub.

Liderlərin görüşü üçün Soçi, yoxsa Avropanın əsas mərkəzlərindən sayılan Brüssel daha uyğun hesab olunur? Bu görüşü Moskvanın təşkil etməsi məqbuldur, yoxsa Avropa İttifaqı Şurasının?

Etiraf edək ki, 44 günlük müharibədə Rusiya və Putin özünü daha layiqli apardı, nəinki ABŞ və Avropa, Qərb təsisatları.

Bizim müxalifət, QHT sektoru, qərbyönümlü siyasi ekspertlər hələ də Amerikadan, Avropadan ümid, ədalət gözləyirmi?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hər iki görüşə bu cür şərh verdi: “Brüsseldə, yaxud Soçidə liderlərin görüşünün keçirilməsi məsələsi bizdən asılı bir məsələ deyil. Avropa Birliyinin Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu görüşün Brüsseldə keçirilməsi nəzərdə tutulur. Orada hansısa bir konkret nəticələrə gəlinəcəyi, açığı, mənim üçün ağılabatan deyil. Çünki Avropa Birliyinin bu hadisələrə elə də bir təsiri yoxdur. Soçidə baş tutacaq görüş çox güman ki, Kremlin təşəbbüsü ilə razılaşdırılıb. Bununla Rusiya hadisələrin axarını öz əlindən buraxmaq istəmir. Çalışır ki, proseslərdə əsas özü olsun. Bölgəyə Avropa və kənar yerlərdən təsir vasitələrinin olmasının əleyhinədir. İstər Amerika, istərsə də Avropa Birliyi tərəfindən olsun, hadisələrə ikili standartlardan yanaşırlar. Ona görə də Azərbaycanın xeyrinə hansısa addımların atılacağını gözləmək olmaz. Həmin güclərin Ermənistan tərəfindən çıxış etdiklərinin dəfələrlə şahidi olmuşuq. Avropa Birliyinin özünün ”Şərq Tərəfdaşlığı” çərçivəsində Ermənistana 3 milyarda yaxın yardım etdiyini gördük. Sağdan, soldan hansı istiqamətdən yanaşsaq, bu dövlətlərin Azərbaycana bir xeyrinin olmadığını görürük. Yalnız Azərbaycan özü hərbi, iqtisadi sahədə güclü olanda, Türkiyə ilə birlikdə hərəkət edəndə uğur qazanır”.

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz maraqlarını  çox yaxşı güdür

Elşad Musayev: “Rusiya hadisələrin axarını öz əlindən buraxmaq istəmir”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Kremlin təsir riçaklarının əlindən çıxacağından ehtiyatlanıb belə bir görüş təşkil etdiyini düşünür: “Liderlərin fərqli tarixlərdə keçiriləcək Soçi və Brüssel görüşləri bir neçə gündür ki, həm Ermənistanda, həm də Azərbaycanda gündəmi zəbt edib. Hamımız bu görüşün noyabrın 1-ci on günlüyündə keçiriləcəyini və bu görüşdə konkret sənədlərin imzalanacağını gözləyirdik. Amma Paşinyanın sonradan bu görüşdən, xüsusilə orada imzalanacaq sənədlərdən imtina etməsi həm üçtərəfli sazişi, həm də sazişin həyata keçirilməsinə qarant olmuş Rusiyanın ”sülhməramlı” missiyasını etibarsız vəziyyətə salıb. İlk öncə Azərbaycan bu faktordan istifadə etməlidir. Brüssel görüşünün vaxti bilinəndən 1 gün sonra ondan əvvəl Soçidə görüşün olacağı məlumatı da təsadüfü deyil. Rəsmi Moskva öz öhdəliklərini yerinə yetirmədiyini yaxşı bilir və qorxur ki, vasitəçi missiyası fiaskoya uğrasın. O səbəbdən bütün vasitələrlə dünyaya, konfliktin tərəflərinə bu məsələdə öndə olduğunu xatırlatmağa çalışır. Mənim üçün görüşün hansı ölkədə keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Yetər ki, Azərbaycan bu görüşlərdə özü üçün qırmızı cizgi hesab etdiyi məsələlərin müzakirəsinə imkan verməsin.

Ermənistan-Azərbaycan sülh sazişi - Aİ sənəddə imzasının olmasını istəyir

Elşən Mustafayev: “Danışıqları ATƏT-in Minsk Qrupu çərçivəsinə qaytarmağa cəhdlər olacaq”

Bu cizgilər isə 9 noyabr 2020-ci ildən sonra bütün dünyaya elan olunub. Bəziləri hesab edir ki, Brüssel görüşündə status məsələsini qaldırıb danışıqları ATƏT Minsk Qrupu çərçivəsinə qaytarmağa cəhdlər olacaq. Bu fikri Ermənistan dəfələrlə ortaya atıb və Qərbdən də belə çağırışları görmüşük. Amma nəzərə alınmalıdır ki, burada əsas olaraq Azərbaycanın mövqeyi ortadadır. Brüssel görüşünün indiki vaxtda ortaya çıxmasını isə təsadüfi hesab etmirəm. Hesab edirəm ki, bu qərar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İrəvana və Bakıya səfərlərindən sonra qətiləşib. Şarl Mişelin Ermənistanda verdiyi açıqlamalardan fərqli olaraq Bakıdakı açıqlamalarında Qarabağın statusu ilə bağlı bir kəlmə də olsa fikir bildirməməsi çox güman ki, qapalı görüşdə ona həmin qırmızı xətlərin konturlarının bildirilməsi ilə bağlıdır. Azərbaycan Qarabağ məsələsinin ədalətli həllinə dəstəyi nə Qərbdən, nə də ki, Rusiyadan gözləməlidir. Özümüz prosesin önündə olmaqla təşəbbüsü heç kimin ixtiyarına verməməliyik. Rusiyanın 44 günlük müharibədə göstərdiyi neytral mövqe ilə sonradan sərgilədiyi mövqe arasında kəskin ziddiyyətlər ortadadır. Ona görə də Kremlin regionda olan maraqlarına zidd hansısa qərarların verilməsindən, yumşaq desək, məmnun olmayacağı da məlumdur. Eyni zamanda Qərbin Cənubi Qafqazda Rusiya ilə maraqlarının toqquşduğu ilə bağlı kifayət qədər ciddi məqamlar var. O səbəbdən hər iki qütb bu problemin həllinin hələ uzun illər müzakirə masasında qalmasında və bu dövlətlərə təsir imkanlarını bu vasitə ilə saxlamaqda maraqlıdır. Azərbaycanın hazırda tutduğu mövqe bu maraqların həyata keçməsinə mane olur və hesab edirəm bunu davam etdirməklə bütün maraqlı tərəfləri reallıqla barışmağa və regiondakı maraq dairələrini kiçiltməyə məcbur etmək olar”.

Rəşad Məcid | Report.az

Rəşad Məcid: “Nə qədər imkan var, Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərindən bəhrələnmək lazımdır”

“525-ci qəzet”in baş redaktoru, Əfv Komissiyasının üzvü Rəşad Məcid Soçi görüşünün önə salınmasına normal baxır: “Biz dəfələrlə gördük, Avropa təşkilatları bizim başımızın altına yastıq qoydular. İctimai fikirdə hər kəs düşünürdü ki, Qarabağ münaqişəsinin həllindəki açar Rusiyanın əlindədir. Yəni Rusiya istəməsə, Ermənistana dəstək olmasa, münaqişə həll olunar. Vaxtilə deyirdim ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Azərbaycanın, Qarabağ məsələsinin həll olunmasının xeyrinədir. Bu mənada hələ də Rusiyanın mövqeləri güclüdür. Regionda Kremlin maraqları olduqca çoxdur. Hələ ki onun sözü keçir. Bu baxımdan Soçi görüşünün Brüsseldən qabağa düşməsini normal qarşılayıram. Hesab edirəm ki, nə qədər imkan var, Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərindən bəhrələnmək lazımdır. Sülh müqaviləsinin imzalanmasına və digər məsələlərin həllinə çalışmalıyıq”.