Qənirə Paşayeva kumuk aydınları Zaur Niftiyev və Mikayıl Amayevlə görüşüb- FOTOLAR
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva kumuk aydınları Zaur Niftiyev və Mikayıl Amayevlə görüşüblər.
“NƏFƏS” İB-nin qərargahında baş tutan görüşdə Kumuk ədəbiyyatının, mədəniyyətinin Azərbaycanda, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin kumuklar arasında, ümumən Dağıstanda yayınlanması, təbliği yönündə fikir mübadiləsi aparılıb.
Kumuk aydınları Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərindən şad olduqlarını bildirib, öz təbriklərini çatdırıb, görüşə görə təşəkkür ediblər.
Q.Paşayeva qonaqlara Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Görüşdə tanınmış televiziya jurnalisti Zərnişan İnqilabqızı, rejissor Elnurə Kazımlı iştirak edib.