Qaziantepdən dəhşətli kadrlar: Xilasetmə zamanı bina çökdü – VİDEO
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ zamanı Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə güclü təkanlar hiss olunub.
Böyük dağıntılara səbəb olan zəlzələdən sonra dərhal axtarış-xilasetmə təlimlərinə başlanılıb. Qaziantepdə dağılmış binada vətəndaşların qruplara kömək etdiyi axtarış-xilasetmə əməliyyatı zamanı binada ikinci çökmə baş verib. Həmin anlar saniyəbəsaniyə kameralarda qeyd olunub.https://t.me/oxuaze/40334?embed=1
Mənbə: İHA