Qazaxıstan Türkiyəyə 1 milyon dollar məbləğində yadım ayırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə yardım üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın dövlət başçısı fəlakətli zəlzələ nəticəsində zərərçəkmiş Türkiyə Respublikasına təcili yardımın göstərilməsi üçün hökumətə 1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını tapşırıb.
Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, – deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.
Mənbə: Kaztag.kz