08 Sentyabr 2024

Qaxda kəklikotulu çaydan zəhərlənən bir ailənin beş üzvünün vəziyyəti ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Qaxda bir ailənin beş üzvünün kəklikotulu çaydan zəhərlənməsi ilə bağlı onları müalicə edən həkim açıqlama verib.

Həkim-revmatoloq Naira Papiaşvili bildirib ki, kəklikotulu çaydan zəhərlənmə faktı onun rastına gələn ilk hadisədir:

“Dünən axşam saatlarında xəstəxananın təcili yardım şöbəsinə ailə üzvləri iksi azyaşlı olmaqla (5 və 7 yaşlı), ana, ata və nənə daxil olublar. Ailə üzvlərinin sözlərinə görə, onlar kəklikotulu çayı qəbul etdikdən sonra vəziyyətləri pisləşib. Yəqin ki, otun içinə başqa bitki qarışıb və zəhərlənmə verib. Xəstələrə lazımı yardım göstərilib və evə göndəriliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:https://www.youtube.com/embed/iHiz9bs3saI

10:24

Qaxda bir ailənin 5 üzvü zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunub.

Faktla bağlı araşdırma aparılır.