Qardaş ölkə Prezidentlərinin Naxçıvan səfəri
1990-cı illərdə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə işğalçılıq siyasəti həyata keçirdi. Bu siyasət bütövlükdə regionda işğalçılıq və terrorçuluq əməllərinin geniş fürsət almasına yol açdı. Öz tarixi torpaqları işğal olunan, əhalisi qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olunan Azərbaycan üçün daha da çətin günlər başladı. O cümlədən Azərbaycanın qədim diyarlarından olan Naxçıvan 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmısından dolayı Azərbaycanla coğrafi bağlantının kəsilməsi azmış kimi indidə blokadaya düşmüşdü. Ermənistan işğalçılıq siyasətini həyata keçirilməsi planına uyğun olaraq Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Lakin o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi. Faktiki olaraq Naxçıvan 15 il qazsız yaşamağa məcbur oldu. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Ermənistanla atəşkəs əldə etməsi Azərbaycanın inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdı. Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir.
Bütün bu illər ərzində özünün iqtisadi gücünü və müdafiə qüdrətini artırmağı bacaran Azərbaycan regionda lider dövlətə çevrildi. Amma bütün bunlara baxmayaraq regionda həm də Ermənistanın işğalçılıq və terrorçuluq siyasəti davam edirdi. 2020-ci ildə Azərbaycana qarşı törədilən növbəti təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi bütövlükdə regionda geo-siyasi vəziyyəti dəyişərək, yeni reallıqlar yaratdı. Ermənistanın davam etdirdiyi işğalçılıq siyasətinə son qayan Azərbaycanın regionda sülhün təminaçısı olduğunu və onun ərazisində terorçuluğa yer olmadığını bütün dünyaya sübut etdi. Bu müharibə həm də Azərbaycanın suveren hüququ idi. Çünki bütün beynəlxalq qurumlar və ictimaiyyət Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bilirdi və rəsmi sənədlərdə də təsdiq edilmişdi. Lakin bütün bunlara baxmayaraq Ermənistanın regionda yürütdüyü işğalçılıq və terrorçuluq siyasətinə dəstək verən ölkələr oldu. Müharibə başlayan ilk gündən Azərbaycana ən çox həm siyasi, həm də mənəvi dəstək verən qardaş Türkiyə dövləti oldu. Müharibə nəticəsində Ermənistan məcburən kapituliyasiya aktına imza atdı və əldə edilmiş razılaşmaya əsasən müvəqqəti olaraq Azərbaycan ərazilərində rus sülhməramlıları yerləşərək vəziyyətin sabitləşməsi işlərinə başlanıldı. Azərbaycan işğaldan azad etdiyi öz tarixi torpaqlarında çox sürətlə bərpa-quruculuq işləri həyata keçirməyə başladı. Həmçinin Azərbaycan bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla öz ərazi bütövlüyünü bərpa etdi.
2023-cü ildə müharibədən 3 il keçməyinə baxmayaraq Azərbaycan ərazilərində yaşayan ermənilər Ermənistanın işğalıçı və terroçuluq siyasətini davam etdirməyə çalışdılar bu ərazilərə qanunsuz olaraq silah-sursat daşıdılar və yenidən ictimai sabitliyi təmin edən Azərbaycan polisinə və hərbçilərinə qarşı təxribaçı əməllər törətdilər. Bütün bunlar bir daha Azərbaycanın öz ərazilərində antiterror əməliyatına zəmin yaratdı. Sentyabr ayının 19-da başladılan və 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirildi. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi başladıldı.
Antiterror ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır.
25 sentyabr tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin Naxçıvana səfərləri baş tutdu. Bu səfər çərçivəsində atılan addımlar o cümlədən İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Məsələn Naxçıvan 90-cı illərdə blokadaya düşəndə qardaş Türkiyə ilə kommunikasiya əlaqələrinin genişləndirilməsi hesabına ayaqda qaldı. Bu gün isə Naxçıvanın daha da inkişafı üçün yeni səhifə açıldı. – Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır. Bu işlərin həyata keçirilməsi üçün birgə işlər görüləcək. Azərbaycan təkcə Qarabağın deyil bütün ölkə ərazisinin o cümlədən Naxçıvanında inkişafı üçün bütün lazımi tədbirləri bundan sonra da həyata keçirəcək.
Qardaş ölkələr olan Azərbaycan və Türkiyə dövlətlərinin əsas müştərək maraqları bölgədə sülh və əmin-amanlığın olması, müharibələrin olmaması həmçinin regionun inkişaf etməsidir.
Elmir Məmmədov – Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin müəllimi