“Qarabağ”ın keçmiş futbolçusu: “Atletiko”ya vurduğum qolu hələ də xatırlayıram”
“Karyeramda ən vacib an İspaniyada “Atletiko”nun qapısına qol vurmağım oldu. Çünki bu, Çempionlar Liqasında yenicə açılan “Vanda Metropolitano” stadionunda əcnəbi komanda ilə oyun idi”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın karyerasını bitirən sabiq futbolçusu Miçel Madeyra deyib.
36 yaşlı yarımmüdafiəçi bildirib ki, bu qol Azərbaycanda böyük əhəmiyyətə malik idi və yenə də bu önəmini qoruyur: “Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır və sevinirlər”.