23 Dekabr 2024

Qarabağdan gedənlərə Ermənistan vətəndaşlığının verilməsinə başlanılır

Qarabağdan könüllü şəkildə gedən, ancaq Ermənistanda “müvəqqəti qoruma” statusu almış ermənilər noyabrın 6-dan etibarən Ermənistan vətəndaşlığı üçün müraciət edə bilərlər. Musavat.com bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ərizələr İrəvanda st. Zəkiyan 3, 118/1, rayonlarda isə Daxili İşlər Nazirliyinin istənilən pasport-viza şöbəsində qəbul ediləcək. Ermənistan vətəndaşlığı almaqdan ötrü aşağıdakı sənədlərin siyahısı tələb olunur:
– bəyanat,

– doğum haqqında şəhadətnamə (əgər xarici dildədirsə, təsdiq edilmiş tərcüməsi ilə);

– müvəqqəti müdafiə statusu almış qaçqının etibarlı pasportu;

– 35 x 45 mm ölçüdə 6 ədəd rəngli fotoşəkil.

– nikah şəhadətnaməsi (və ərizəçi soyadını dəyişdikdə onun surəti),

– dövlət rüsumunun ödənilməsi barədə qəbz;

– ərizəçi şəxsi məlumatlarını dəyişdikdə, bu faktı təsdiq edən sənəd təqdim edilməlidir;

Müvəqqəti qorunan status haqqında arayış təqdim etmək lazım deyil.
DİN-ın açıqlamasında xüsusilə vurğulanır ki, müraciətlərə mümkün qədər tez baxılacaq.