23 Dekabr 2024

Qarabağdan Ermənistana hava “zərbəsi”: ermənilər şokda

Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağın gerçək sahibinin kimliyinə heç kimdə şübhə saxlamadı; erməni mediasından etiraf: “Biz dirsəyimizi hələ çox gəmirəcəyik, çünki hamımız uduzmuşuq…”

Dünən Qarabağın tarixində növbəti möhtəşəm və qürurverici hadisənin şahidi olduq. İki qardaş ölkənin başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını elədilər. Bu, işğaldan azad edilən torpaqlarımızda qısa müddətdə reallaşdırılan birinci ən böyük iqtisadi layihə, ilk meqa-nəqliyyat projesi idi.

Əlbəttə ki, istənilən regionun inkişafı təhlükəsizlik zəmanətinin ardınca (bura minalardan təmizlənmə də daxildir) ən əvvəl bölgədə yüksək keyfiyyətli infrastruktur və logistikanı qurmaqdan keçir. Hansı işlər ki, Bakı ağıllı şəkildə, ardıcıllıqla reallaşdırır və reallaşdıracaq. Şəkk-şübhə yox ki, cəmi 4 il sonra bütün dünya bambaşqa bir Qarabağı görəcək. Hamı buranın gerçək sahibinin kimliyinə qarşıdakı illərdə də dönə-dönə, daha möhkəm əminlik hasil edəcək. Xüsusən də bədxah qonşular.

Görəcək və həsəd aparacaqlar. Artıq aparırlar. Gözlənildiyi kimi, Qarabağın sürətli bərpasını, erməni zülmündən və vandalizmindən qurtulan torpaqlarımıza həyatın necə sürətlə qayıtdığına əyani şahidlik edən xain ermənilər əməlli-başlı şokdadırlar. Füzuli aeroportunun – Qarabağın hava giriş qapısının dünənki açılışını, özü də qardaş ölkə liderinin iştirakı ilə açılışını obrazlı şəkildə Ermənistana növbəti hava zərbəsi də adlandırmaq mümkündür.

Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu - YENİLƏNİB

Qarabağın ən böyük hava limanına ilk ayaq basan xarici (qardaş) dövlətin rəhbəri kimi, Ərdoğanın budəfəki səfəri dünyaya, ermənilərə hər şeydən öncə işğaldan qurtulan Qarabağın necə bir sürətlə bərpa ediləcəyi və turizm diyarına çevriləcəyi barədə aydın mesajdır – həm də qardaş ölkənin birbaşa köməyi ilə. Bu, düşmənlərimizə və bədxahlarımıza göz dağıdır. Onların Qarabağdan dolayı xam xəyallarla yaşadıqlarının mənasızlığının ismarışı və təsdiqidir…

*****

“Bəli, azərbaycanlılar qollarını çirmələyərək, həsəd aparılacaq bir enerji ilə ”itirdiyimiz əraziləri” dirçəltməyə girişiblər. Varanda (Füzuli – red.) Hava Limanı artıq hazırdır, bu gün (dünən – red.) Azərbaycan və Türkiyə prezidentləri onun açılışını edəcəklər (artıq ediblər – red.) Bir il əvvəl heç bir erməni belə bir şeyi təsəvvür edə bilməzdi. “Artsax”dakı status-kvo bizə o qədər sarsılmaz görünürdü ki. Elə bilirdik həmişəlik belə olacaq”.

Ermənistanda əhalinin sayı azalıb

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri erməni şərhçi Tevoş Arşakyan Armenianreport.com-dakı məqaləsində yazıb.

“İndi isə biz dirsəyimizi gəmirir, azərilərin orada gördükləri işlərə həsədlə baxırıq. Ancaq biz dirsəyimizi hələ çox gəmirəcəyik, ona görə ki, hamımız uduzmuşuq. Bu gün bizim heç nəyimiz yoxdur – nə döyüşkən ordumuz, nə ”Artsax”, nə də yaşamaq istədiyimiz Ermənistan var. Biz hər şeyi özümüz itirmişik və bu gün bunun necə və nədən başımıza gəldiyinə ağlayırıq. Eyni zamanda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu yaxınlarda söylədiyi kimi, Azərbaycanın geri qaytardığı torpaqlarda gördüyü işlərə paxıllıqla baxırıq”, – deyə o, acı etirafda bulunub.

Şəksiz ki, belədir və bədxahlar üçün bundan da betər olacaq. Ötən il 44 günlük müharibədə haqq edib aldıqları sarsıdıcı zərbədən özlərinə gələ bilməyən xəbis toplumda, erməni şovinist-faşist çevrələrində neçə vaxtdır, belə bir ağır ovqat hökm sürür. Qara ürəklərindən qara qanlar axır. Hələ çox axacaq. Çünki Qarabağın cənnətə, turizm diyarına çevrilməsi prosesi heç bir il deyil ki, start götürüb.

Həsəddən bağrı çatlamayanlar isə baş götürüb həm Ermənistandan, həm də “Şeytan yuvası” Xankəndindən rədd olub gedəcəklər – təbii ki, sonuncular vaxtında Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul eləməsə…

*****

Prezident Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanına enən ilk  lider olub

Vətən müharibəsindən sonra Ermənistanla bağlı aşağıdakı quru rəqəmlərə diqqət edək. Bunu özləri etiraf edirlər.

Məsələn, News.am saytı həyəcan təbili çalaraq, Ermənistan vətəndaşlarının kütləvi şəkildə Rusiya vətəndaşlığı aldığını bildirir. Yəni ermənilər ilk fürsətdəcə Ermənistanı həmişəlik tərk edirlər.

Belə ki, 2021-ci ilin 9 ayında (il başa çatmamış!) artıq ötən illərin anti-rekordu vurulub – 34145 nəfər. Halbuki son illərdə göstəricilər bu cür olub: 2017 – 17825, 2018 – 19936, 2019 – 17082, 2020 – 19581 nəfər. Yəni 2017-2021 (9 ayı) ərzində 141 min erməni ölkədən birdəfəlik gedib.

News.am-ın da vurğuladığı kimi, bu, kiçik bir ölkə üçün çox böyük rəqəmdir. Ermənistandan kütləvi emiqrasiyanı sürətləndirən amillər isə erməni nəşrinin qeyd elədiyi kimi, əsasən sabaha inamsızlıq, işsizlik, yeni müharibə ehtimalı və əlbəttə ki, 44 günlük müharibədəki ağır məğlubiyyətdir.

“Əgər yaxın gələcəkdə Ermənistanın mövcud çətin vəziyyətində kardinal müsbət dəyişikliklər baş verməsə, mühacirətin miqyası daha da genişlənəcək”, – sayt xəbərdarlıq edib.

****

Kardinal dəyişikliklərin yolu, “Yol xəritəsi” isə məlum: Ermənistan, erməni xalqı, nəhayət, beynəlxalq hüquqa sayğılı olmalı, yad torpaqlardan gözünü həmişəlik çəkməli, qonşu dövlətlərə qarşı əsassız torpaq iddialarından rəsmən imtina eləməlidir. Bundan ötrü də “miatsum”, “təcavüz” ideologiyası üzərində qurulmuş mənfur konstitusiyalarını təcili şəkildə dəyişməlidirlər.

Əks halda, Ermənistanın tam boşalacağı və əmək qabiliyyətli əhalisinin bütünlüklə çıxıb gedəcəyi gün uzaqda deyil. Özü də köç prosesi artıq ölkə sükanı arxasında kimin durmasından asılı deyil. Çünki səbəblər obyektiv xarakter daşıyır: öz günahları üzündən davam edən blokada rejimi, əsas qonşular – Azərbaycan və Türkiyə ilə sülh müqavilələrindən imtina səbəbilə sərhədlərin qapalı qalması.

Odur ki, nəticəni ermənilər indi özləri çıxarsınlar. Yoxsa nəinki havadan, qurudan da yeni zərbələr yeyəcəklər…

Analitik xidmət,
“Yeni Müsavat”