22 Dekabr 2024

Qarabağdakı sülhməramlılarla bağlı SON DƏQİQƏ açıqlaması – ŞOK DETALLAR

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib ki, 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılması regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq.

sair.jpg (31 KB)

Qaluzinin açıqlamasına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında deyib ki, hazırda ortada əsas olan hüquqi sənədlər var, həmin sənədlərdə şərtlər yazılıb:

“Hansı halda sülhməramlıların səlahiyyətləri uzadıla bilər – uzadılması Rusiya tərəfinə deyil, müraciətə bağlıdır. Əgər müraciət etsək, sülhməramlıların səlahiyyətlərini uzadıb-uzatmamaq barədə qərar qəbul etmək onlara bağlıdır. Ancaq qalıb-qalmamaq məsələsi onlara bağlı deyil. Üçtərəfli Bəyannamədə yazılıb ki, tərəfin müraciət etdiyi halda, ehtiyac olarsa. Əgər müraciət olmayacaqsa, təbii ki, Rusiya sülhməramlı qüvvələri Qarabağdan gedəcəklər. Hazırda biz belə bir istəyi görmürük. Sülhməramlılar Qarabağda öz missiyalarını çox rahat şəkildə yerinə yetirirlər. Bizim müvafiq orqanlarla işləyirlər, reinteqrasiya məsələlərində iştirak edirlər. Rusiya sülhməramlılarına baza kimi baxmaq lazım deyil. Onlar Üçtərəfli Bəyannamədə nəzərdə tutulmuş öz öhdəliklərini yerinə yetirirlər.

Düşünürəm ki, 2025-ci ildə Azərbaycan tərəfi müraciət etməyəcək və onlar oradan çıxacaqlar. Hazırda sülhməramlıların Qarabağdan çıxıb Zəngəzur dəhlizində yerləşməsi məsələsi gündəmdədir. Onlar birmənalı olaraq Azərbaycandan çıxacaqlar. Bilirsiniz ki, Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Çin də bu məsələdə aktivləşib. Fikrimcə, Ermənistanı məcbur edəcəklər ki, Üçtərəfli Bəyannamə əsasında Zəngəzur dəhlizi açılsın. Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin ora keçməsini istisna etmirəm”.

Aytən Novruz