22 Dekabr 2024

Qarabağ İqtisadi Rayonunun fermerlərinə “ekoloji təmiz məhsulun” istehsalı təşviq olunacaq

“Ekoloji İnformasiya ” İctimai Birliyi “Qarabağ iqtisadi rayonunun  fermerləri arasında  “ekoloji təmiz məhsul” istehsalının təşviqi” ” mövzusunda növbəti layihəsinin icrasına start verib.

“Ekoloji İnformasiya ” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ iqtisadi rayonunun  fermerləri arasında  “ekoloji təmiz məhsul” istehsalının təşviqi” mövzusunda növbəti layihəsinin icrasına start verib.

Üç ay davam edəcək layihənin əsas məqsədi Ağcabədi , Ağdam, Bərdə, Tərtər rayonlarının fermerləri arasında ekoloji təmiz məhsulun yetişdirilməsinə marağın artırılmasına nail olmaq və sosial şəbəkələrin imkanlarından istifadə edərək fermer və istehlakçılar arasında maarifləndirmə işləri aparmaqdır.

Layihə çərçivəsində Ağcabədi , Ağdam, Bərdə, Tərtər rayonlarında fermerlərin,bələdiyyə üzvlərinin,yerli icra hakimiyyəti və müvafiq mərkəzi orqanlarının regional idarələrinin təmsilçilərinin iştirakıyla görüşlərin keçirilməsi nəzərdə tutulur. Layihə rəhbəri Musa Muradlı, layihə eksperti Xosrov Musayev, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Ekoloji İnformasiya İB üzvüləri- Mustafa Mustafayev,Təbriz Məmmədli, arıçı fermer Fəxrəddin Məmmədov layihə çərçivəsində gələcəkdə görüləcək işlərdən danışıblar.

Musa Muradlı bildirib ki, layihə çərçivəsində fermerlərin maarifləndirilməsi məqsədilə seminarlar təşkil olunacaq. Ekoloji fermerçilik bukleti hazırlanacaq. Eyni zamanda ekoloji fermerçiliyin təşviq edən sosial çarx hazırlnacaq, sosial şəbəkələrdə və youtube.com kanalında yerləşdirməsi təmin ediləcəkdir.

Ekoloji İnformasiya İB-nin mətbuat xidməti