22 Dekabr 2024

Qarabağ Dirçəliş Fondu ekoloji yönümlü QHT-lərlə fikir mübadiləsi görüşü keçirəcək.

Ötən illər ərzində Ermənistan işğal altında qalan bölgələrimizdə ağılagəlməyən dəhşətli vəhşiliklər həyata keçirib. Dünyada misli olmayan dağıntılar törədib. Qarabağın zəngin təbiətinə ciddi ziyan vurub. Qoruq,yasaqlıqları amansızcasına istismara məruz qoymaqla ətraf mühitə qarşı ekoloji terror törədiblər. Bununla da özünün necə bir təfəkkürə,mədəniyyətə sahib olduğunu nümayiş etdirib.

Media1.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunda Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji terrorun fəsadlarını aradan qaldırmaq üçün ciddi və gərəkli addımların atılmasını planlaşdırır. Bununla bağlı ” Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradlı bildirib ki, sentyabrın 8-də Qarabağ Dirçəliş Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ekologiya istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birgə Qarabağda ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və ekoloji tarazlığın bərpasına həsr olunan fikir mübadiləsi görüşünün keçirilməsi nəzərdə tutulub.

Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun,Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov və bir sıra şəxslərin çıxışları nəzərdə tutulub.

Çıxışlardan sonra görüş iştirakçıları arasında fikir mübadiləsi aparılacaq,#KarabakhChallenge kampaniyasının təşviqindən danışılacaq.

Media1.az