Qarabağ bir gün belə Azərbaycanın tərkibində olmayıb: “Caliber”in təhlili – VİDEO
Ötən ilin oktyabrında Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri dördtərəfli bəyanat imzaladılar və bununla Bakı ilə İrəvan BMT Nizamnaməsi və ən əsası, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sülh müqaviləsini imzalamaq barədə üzərlərinə öhdəlik götürdülər. Elə həmin Alma-Ata Bəyannaməsinə daha sonra Soçidə bir də müraciət olunaraq üçtərəfli bəyanat imzalandı. Bu iki hadisədən sonra ermənilər keçmiş DQMV-nin birtərəfli qaydada müstəqillik elan etməsi, həm də həmin ilin dekabrın 10-da keçirilən qondarma referendumun qanuniliyi ilə bağlı müzakirələri yenidən qızışdırdılar.
Erməni rəvayətinin mahiyyətini iki cümlə ilə ifadə etsək, təqribən belə səslənəcək: guya “Dağlıq Qarabağ” “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına uyğun olaraq Azərbaycandan çıxdı və Alm-Ata müqaviləsi imzalananda o, guya Azərbaycanın tərkibində deyildi, bu səbəbdən “Dağlıq Qarabağ” bir gün belə, müstəqil Azərbaycanın tərkibində olmayıb…
Dərhal ritorik sual yaranır: əgər “Dağlıq Qarabağ” Ermənistan tərəfinin iddia etdiyi kimi, qanuna uyğun olaraq Azərbaycan SSR-dən çıxıbsa, onda onun nümayəndə heyəti niyə Alma-Atada olmayıb və orada ümumiyyətlə heç bir formada təmsil olunmayıb?..
Ətraflı “Caliber” “YouTube” layihəsinin növbəti süjetində:https://www.youtube.com/embed/tvDjHe1wetE