“Qalatasaray”ın baş məşqçisi: “Oyunçularım əla fiziki hazırlıq nümayiş etdirdi”
“Qalatasaray”ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə oyunun nəticəsini şərh edib.
İstanbul klubunu çalışdıran ispaniyalı mütəxəssis “Barselona”nın baş məşqçisi ilə münasibətlərindən və “Qalatasaray” futbolçularının nümayiş etdirdiyi oyuna toxunub.
“Xavi mənim dostumdur. Oyundan sonra ona dedim ki, biz onun komandasını İstanbulda qəbul edəcəyimiz günü səbirsizliklə gözləyirik. Oyunçularım əla fiziki hazırlıq nümayiş etdirdi. Biz bütün komanda ilə inkişaf edirik”, – Domenek Torrent bildirib.
Qeyd edək ki, “Barselona” ilə “Qalatasaray” arasında ilk oyun 0:0 bərabərlik ilə yekunlaşıb. Cavab oyunu martın 17-də İstanbulda keçiriləcək.
Mənbə: UEFA