10 Avqust 2025

Qadın ailə ocağının qoruyucusudur

Sağlam ailə həyatı qurmaq bütün ağıllı insanların əsas amalıdır. Ailə bir dünyadır. Bu dünyanın səadəti  isə qarşılıqlı məhəbbətdir. Alim-psixoloqları uzun araşdırmalardan  sonra tam şəkildə əmin olublar ki,  ailə həyatının mənası, əbədi  xoşbəxtliyi  daha çox qadınlardan asılıdır. Bəli, ailə ocağının qoruyucusu  qadındır. Yəni evin qadını nəcib, qurucu olanda  həmin ailə möhkəm, davamlı olur, illərin qanadlarında saf sevgiyə  dönərək  fərəh  mənbəyinə çevrilir. Vaxtı ilə Onere  de Balzak da gözəl demişdir: “Qızların tərbiyəsi çox mühüm bir məsələdir. Çünki millətin gələcəyi anaların əlindədir”.  Fəqət, xoşbəxt ailə cəmiyyətin sarsılmaz  dayağıdır.

Qadın ailənin xoşbəxtliyi naminə özündə  hansı xüsusiyyətlərini   birləşdirməlidir. Alimlər bununla bağlı  hər bir qadının öz kiçik  sirri olmaqla bərabər, onlar üçün bir neçə məsləhət hazırlamışlar.  Aşağıdakı  göstərilənlərə əməl etməklə  qadınlar  həmişəlik  ailə sədaqətinə  tapınarlar.

1. Başlıcası qadın ailəsini, uşaqlarını sənətdən, karyeradan, eləcə də statusdanöndə tutmalıdır. O, qadınlıqla bağlı hər şeyə önəm verməli, öz kişisindənyüksəkdə durmamalıdır.

2. Yaxşı ailə böyük qüvvə, diqqət, qayğı, bacarıq istəyir. Bunlar kişidən daha çox qadından tələb olunur.

3. Bəzən ailədə dava, münaqişə başlanır. Bu zaman qadın günahı özündə axtarmalıdır. Həm də xasiyyət və hərəkətdə kişiyə çevirmək qadına heç də şərəf gətirmir. Qadının səbiretməsi ailədəəmin-amanlıq yaradır.

4.Yeri gələndə ərinizə müsbət keyfiyyətlərindənürəklə danışın. Bütün xoşbəxtliyinizi onunla bağlayın. Kişilər qadından daha çox məhəbbət, qayğı,mehribanlıq,səmimiyyət gözləyir, bu xoş münasibətləöz ailəsinəbağlanırlar. Onunla rəqabətə isə girməyin.

5. Ərinizə qarşıheç vaxt narazı, qaşqabaqlıçıxmayın.

6. Ailədə məhəbbət və borc qarşılıqlıfəaliyyət göstərməlidir. Ləyaqətli o qadındır ki, uşaqlarıatalarına qarşısevgi və hörmətruhunda, düzgüntərbiyələndirir.

7. Bir iş tutanda, birinci ərinizlə məsləhətləşin. Həmişə də onun fikirlərinə üstünlük verin.

Bəli, yaşadığımız dünyada bütün  gözəlliklər ailə xoşbəxtliyindədir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü