Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verdi
Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.
Media1.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Teleqram kanalında bildirib.
“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, – Kadırov vurğulayıb.
Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.